logo

Son 3 ildə axtarışda olan 80-dən çox şəxs Azərbaycana ekstradisiyası edilib

16:13 01-02-2022 | icon 1736
Son 3 ildə axtarışda olan 80-dən çox şəxs Azərbaycana ekstradisiyası edilib

Son üç ildə axtarışa verilən 80-dən çox şəxs Azərbaycana ekstradisiyası edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən il Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurma) ittiham edilərək beynəlxalq axtarışa verilən şəxs Polşada saxlanılıb.

Ədliyyə Nazirliyi tərəfindən Polşanın səlahiyyətli qurumları ilə aparılan danışıqlar və iki ölkə arasında ekstradisiya sahəsində səmərəli əməkdaşlığın nəticəsi olaraq həmin şəxsin ekstradisiyasına razılıq verilib.

Polşaya birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin İstanbul vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş Türkiyə ilə razılığa gəlinib. Nəticədə axtarışda olan şəxs nazirliyin əməkdaşları tərəfindən ölkəmizə gətirilib və istintaqa təhvil verilib.

Səmərəli əməkdaşlıq nəticəsində ötən 3 il ərzində cinayət törətməkdə təqsirli bilinən 80-dən çox axtrarışda olan şəxsin Azərbaycana ekstradisiyası təmin olunub.

"Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır, - məlumatda qeyd edilib.