logo

Azərbaycanda 971 dini icma dövlət  qeydiyyatından keçib

15:55 01-02-2022 | icon 1701
Azərbaycanda 971 dini icma dövlət  qeydiyyatından keçib

2021-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) daha 16 dini icmanı dövlət qeydiyyatından keçirilib. Bununla da ölkədə fəaliyyət göstərən dini icmaların sayı 971-ə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə DQİDK-nın şöbə müdiri Cahandar Əlifzadə 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, hazırda 9 dini icmanın sənədləri yoxlanılır. Eyni zamanda, 1 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

2021-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutulan 5 847 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən 260 adda dini ədəbiyyat ekspertizadan keçirilib.

Həmçinin hüquq mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 104 adda dini təyinatlı ədəbiyyatdan zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edilənlər müəyyən olunub. Hesabat dövründə 415 adda (752 560 ədəd) dini təyinatlı ədəbiyyata nəzarət markaları verilib.