logo

Bakıda koronaviruslu ana xəstəxanada 4 uşaq dünyaya gətirdi

15:35 01-02-2022 | icon 2408
Bakıda koronaviruslu ana xəstəxanada 4 uşaq dünyaya gətirdi

Bakıda hamilə qadın koronavirusa yoluxma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (“Semaşko”) yerləşdirilib. 22 yaşlı qadın xəstəxanada 4 uşaq dünyaya gətirib.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib.

Qeyd edilib ki, uşaqlardan üçü qız, biri isə oğlandır. Körpələrin ikisinin vəziyyəti ağır olduğu üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

Ana isə koronavirusa yoluxsa da, vəziyyəti yaxşıdır.