logo

Fevral ayı nisbətən isti keçəcək

14:49 01-02-2022 | icon 1659
Fevral ayı nisbətən isti keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Fevral ayının ilk günlərində hava şəraitinin nisbətən sabit keçəcəyi, temperaturun isə normadan 1-2° yüksək olacağı ehtimalı var. Birinci ongünlüyün ikinci yarısında isə şimal qərb küləyinin güclənməsi və havanın arabir yağıntılı keçməsi proqnozlaşdırılır.

Xidmətdən  YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 1-6° isti, bəzi günlərdə 2-5° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 2-4° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-24 millimetr) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 1° şaxtadan 3°-dək isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 3-8°, bəzi günlərdə 13-18° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə çox (norma 11-29 millimetr) olacağı ehtimalı var.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 3° şaxtadan 1°-dək isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 2-7°, bəzi günlərdə 11-16° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-36 millimetr) olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 2-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 1-6° isti, bəzi günlərdə 2-7° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-36 millimetr) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 1° şaxtadan 3°-dək isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 7-12°, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-55 millimetr) olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr gecə 2-7° isti, bəzi günlərdə 3-8° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 1-5° isti, olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-35 millimetr) olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 1-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 1-6° isti, dağlarda 6-11° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 2-4° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 44-105 millimetr) olacağı gözlənilir.