logo

Qazaxıstan Azərbaycana aviareyslərin sayını artırır

12:55 01-02-2022 | icon 2737
Qazaxıstan Azərbaycana aviareyslərin sayını artırır

Qazaxıstan 2022-ci il fevralın 18-dən Aktau və Bakı şəhərləri arasında müntəzəm reysləri bərpa etməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, Aktau-Bakı-Aktau aviareysi  həftədə üç dəfə (bazar ertəsi, çərşənbə və şənbə) uçuşlar həyata keçiriləcək.

Bildirilir ki, bu qərar Qazaxıstan ərazisində koronavirus infeksiyasının yaranması və yayılmasının qarşısının alınması məqsədilə İdarələrarası Komissiya tərəfindən qəbul edilib.

Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla və aviaşirkətin saytında dərc olunmuş cədvələ uyğun həyata keçiriləcək.