Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,46 dollar azalaraq 94,20 dollar olub.
Qeyd edək ki, son üç ildə isə Azərbaycan neftinin maksimum satış qiyməti bu il yanvarın 29-da qeydə alınıb- neftin 1 bareli 94,66 ABŞ dollarına satılıb.
Bu,həm də, son 8 ildə Azərbaycan neftinin ən yüksək saatış qiyməti olub.
Belə ki, “Azeri Light”ın bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 2-də 94 dollardan baha -96,65 ABŞ dollarına satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.