Bakıda və Abşeron yarımadasında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rayonlarında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.