Ağsuda avtomobilin işıq dirəyinə çırpılması nəticəsində şəhərin yarısı 4 saat işıqsız qalıb.
YeniAvropa xəbər verir ki, hadisə ötən axşam şəhərin Heydər Əliyev küçəsində qeydə alınıb. Belə ki, “Ford” mikroavtobusu ilə “Lada Priora” markalı minik maşınının toqquşması nəticəsində mikroavtobusun sürücüsü, rayonun Ərəbuşağı kənd sakini Elvin Hüsən oğlu Muradov idarəetməni itirib və avtomobil yoldan çıxaraq beton işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi aşıb və şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayanıb.
Rayon Elektrik Şəbəkəsinin işçiləri hadisə yerinə cəlb olunub və işığın verilişi qismən bərpa edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.