logo

Bakıda postmünaqişə dövründə qadınların roluna dair konfrans keçirilir

09:09 31-01-2022 | icon 1855
Bakıda postmünaqişə dövründə qadınların roluna dair konfrans keçirilir

Yanvarın 31-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz (BMTM) və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans keçirilir.

YeniAvropa xəbər verir ki, tədbirin məqsədi bu sahədə qarşılıqlı fəaliyyət, ideya və təcrübə mübadiləsi, eləcə də ən yaxşı təcrübələrin müzakirəsi üçün platforma yaratmaq və Azərbaycanda qadın, sülh və təhlükəsizlik gündəliyi üzrə fəaliyyətlərin daha geniş təşviqi üçün yeni yollar formalaşdırmaqdır.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən açılış hissəsində Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edəcəklər.