Bakıda sərnişin avtobusu 14 yaşlı yeniyetməni vuraraq xəsarət yetirib.
YeniAvropa xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. 125 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Orucova Samiyyə Emin qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.