Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıtda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat verilib.
YeniAvropa xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, nazirliyin Sumqayıt Regional Mərkəzinin çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar.
Mənzildə 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyiti aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.