"Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb".
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
"O, ilkin izahatında əməlini etiraf edib. Müvafiq araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd edilib.