DİN şəhidin adına cərimə protokolu göndərilməsini aydınlatdı
Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan müxtəlif məzmunlu fikirlərə münasibət bildirib.
YeniAvropa xəbər verir ki, məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib: “52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomobilin sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edilib.
Bu məsələni siyasiləşdirmək cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır. Onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır”.
Qeyd edək ki, polisin Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol tərtib etməsi, rəsmi məktub yazılaraq onu Salyan rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin 42 nömrəli otağına dəvət edilməsi şəhid ailəsinin hiddətinə səbəb olub və bu, sosial şəbəkələrdə ciddi tənqid olunub.
İnqilab Tofiq oğlu Qədirbəyli 1995-ci ildə Salyan şəhərində anadan olub. Salyan şəhər 1 saylı tam orta məktəbi bitirib, sonra Bakı Dənizçilik Akademiyasına daxil olub. Ali təhsilini başa vurandan sonra əsgərliyə gedib, 2016-2017-ci illərdə Füzulidə hərbi xidmət keçib.
Ordudan qayıdandan sonra ixtisasına uyğun iş tapa bilmədiyindən, gah kombi ustası olan atasına kömək edib, gah da digər sahələrdə çalışıb.
2020-ci ildə qismən səfərbərlik zamanı Vətən müharibəsinə gedib.
İşğal altındakı kənd və qəsəbələrin, rayon mərkəzlərinin azad olunması uğrunda gedən döyüşlərdə İnqilab da qəhrəmanlıqla vuruşub. Vətən müharibəsinin son günündə - 2020-ci il noyabrın 9-da Şuşada başından qəlpə yarası alaraq, şəhid olub.
Ölümündən sonra İnqilab Qədirbəyli “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Salyan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib