logo

Azərbaycan neftinin qiyməti son 8 ilin rekordunu təzələdi -94,66 $ !

09:49 29-01-2022 | icon 3241
Azərbaycan neftinin qiyməti son 8 ilin rekordunu təzələdi -94,66 $ !

Azərbaycan neftinin qiyməti bahalaşıb.

 YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,49 dollar artaraq 94,66 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 2-də 94 dollardan baha (96,65) satılıb.

Son üç ildə isə Azərbaycan neftinin maksimum satış qiyməti bu il yanvarın 27-də qeydə alınıb- neftin 1 bareli 93, 84 ABŞ dollarına satılıb.  

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.