logo

Neft Fondu Türkiyənin Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib

18:18 28-01-2022 | icon 6153
Neft Fondu Türkiyənin Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Neft Fondundan bildirilib.

Qeyd edilib ki, Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilib və cari ilin yanvarın 27-də yekunlaşdırılıb.