Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin martında Bakıda keçirilməsi planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı zamanı razılıq əldə edilib.