2021-ci ildə Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 920,8 milyon ABŞ dolları, Ukraynaya 452,4 milyon dollar, Belarusa isə 295,5 milyon dollar təşkil edib.