Yanvarın 27-də ADA Universitetində Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar “Bəşəriyyəti qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə” adlı tədbir keçirilir.
YeniAvropa xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi, İsrail Dövlətinin, Niderland Krallığının ölkəmizdəki səfirliklərinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən tədbirdə İsrailin və Niderlandın ölkəmizdəki səfirləri Corc Dik və Paulin Eizema, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Milli Məclisin deputatı Asim Mollazadə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, dövlət rəsmiləri, diplomatlar və digərləri iştirak edirlər.