Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
YeniAvropa xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Məmmədova Sevda Rəşid qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.