Sumqayıtda tək yaşayan kişi dəm qazından boğulub.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, fərdi yaşayış evində tək yaşayan 1949-cu il təvəllüdlü Əzimov Xandadaş Səttar oğlu dəm qazından boğularaq ölüb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.