QHT Agentliyinin rəhbərliyinin Türkiyəyə səfəri davam edir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir.
Agentlikdən YeniAvropa-ya bildirilib ki, yanvarın 26-da Agentlik rəsmiləri Türkiyə Daxili İşlər Nazirliyində, Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsində və Türkiyə Kızılay Cəmiyyətində olublar.
İlk görüş Türkiyə daxili işlər nazirinin müavini (vətəndaş cəmiyyəti təsisatları ilə iş üzrə) Mehmet Ersoy ilə keçirilib. Qonaqları salamlayan Mehmet Ersoy iki ölkə QHT-ləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Türkiyə Daxili İşlər Nazirliyi və QHT Agentliyi arasında əlaqələrin güclənməsinin vacibliyini qeyd edib.
Görüşdə Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlətin verdiyi dəstək, Türkiyə ilə bu sahədə əməkdaşlığın perspektivləri, gələcəkdə birgə tədbirlərin və layihələrin faydası haqqında fikirlərini bölüşüb.
Sonra Agentliyin rəhbərliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsində olublar. İdarənin rəisi Erkan Kılıç, habelə qurumun rəhbər şəxsləri qonaqlara fəaliyyətləri barədə geniş təqdimat ediblər. Təqdimatda Baş İdarənin vəzifələri, QHT-lərə dövlət dəstəyi, Türkiyənin bütün ərazilərində QHT-lərlə işin təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi, QHT-lər üçün göstərilən xidmətlər və həyata keçirilən digər mühüm işlər haqqında məlumat verilib. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb.
Agentliyin icraçı direktoru Aygün Əliyeva Baş idarənin rəhbərliyinə təşəkkür edərək, Azərbaycanda və Türkiyədə QHT-lərlə işə məsul olan aidiyyəti qurumlar arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Bu fəaliyyətin genişləndirilməsi üçün müştərək layihələrin və proqramların reallaşmasının iki ölkənin tarixi köklər üzərində inkişaf edən dostluq və qardaşlıq münasibətlərinə də müsbət töhfə verəcəyini bildirib.
Günün sonunda nümayəndə heyətinin Türkiyə Kızılay Cəmiyyətində görüşü keçirilib. Cəmiyyətin rəhbəri İbrahim Altan qonaqlara rəhbərlik etdiyi təşkilatın tarixi, iş prinsipi, layihə və proqramları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Cəmiyyət Türkiyənin ən böyük ictimai təşkilatıdır.
Qeyd edək ki, səfər bir neçə gün davam edəcək.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib