Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) qanunsuz işləyən kolbasa sexinin fəaliyyətini məhdudlaşdırıb.
YeniAvropa xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Qurumun əməkdaşları Göygöl rayonu, Yeni Qızılca kəndində fəaliyyət göstərən, fiziki şəxs Əmrahov Eşqin Qəzənfər oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirdiyi yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğunu müəyyən ediblər.
Müəssisədə “Fermer” nişanı altında istehsal olunan məhsulların etiketlənməsində tərkibi ilə bağlı reallığı əks etdirməyən, təhrif olunmuş məlumatların yer aldığı və digər nöqsanlar aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam edir.