Hava nəqliyyatı vasitəsilə daha 2 ölkənin – Rumıniya və Belarus Respublikasının vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd edilib ki, bununla bağlı baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarda müvafiq dəyişiklik edilməsinə dair qərarı imzalayıb.