Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman ilə görüşüb.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,görüşdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikasının aidiyyəti təşkilatları arasında müxtəlif istiqamətlərdə, o cümlədən ərazi planlaşdırılması sənədlərinin hazırlanması sahəsində formalaşmış etibarlı tərəfdaşlıq əlaqələri, uğurlu işbirliyi ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Almaniyanın nüfuzlu şəhərsalma və memarlıq şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma layihələrində iştirak imkanları müzakirə edilib.