Yanvarın 27-31-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında qış tətili olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu qruplarda məşğələlər oktyabrın 1-dən başladığı üçün tətil günlərində qısaltmalar edilməyib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında tətil günləri Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarının müvafiq bəndlərinə əsasən müəyyən olunub.