Ötən il Azərbaycanın mövcud magistral neft kəmərləri ilə 35 milyon 18 min ton neft nəql edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, nəqletmənin 75,5 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və il ərzində bu kəmər vasitəsilə 26 milyon 421,5 min ton neft ötürülüb.
Hesabat dövr ərzində BTC kəməri ilə 3 milyon 598,4 min ton tranzit nefti də nəql olunub.