logo

Masazırda dayı bacıoğlunu güllələdi

12:52 26-01-2022 | icon 1680
Masazırda dayı bacıoğlunu güllələdi

Abşeron rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılmış atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə ilə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Tüfəngdən xuliqanlıq zəminində açdığı atəşlə K.Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, Beyləqan rayon sakini B.Mürsəlov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ-43” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanıb.