Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qeyd edilən faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.