Azərbaycanda taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir.
YeniAvropa xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində qeyd edilib.
Dəyişikliklərə əsasən 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirə edilərək qəbul edilməsi nəzərdə tutulur.