logo

Vilayət Eyvazov daha bir generalı təqaüdə göndərdi

11:22 26-01-2022 | icon 1645
Vilayət Eyvazov daha bir generalı təqaüdə göndərdi

Azərbaycanda daha bir general təqaüdə göndərilib.

 YeniAvropa xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Xatırladaq ki, bundan əvvəl DİN Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.