logo

Kassir çalışdığı mağazadan 55 min manat oğurladı

11:11 26-01-2022 | icon 1505
Kassir çalışdığı mağazadan 55 min manat oğurladı

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55 min manat məbləğində pulun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.