logo

Bakıda 32 yaşlı qadın mənzilində ölü tapıldı

10:55 26-01-2022 | icon 1638
Bakıda 32 yaşlı qadın mənzilində ölü tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1990-cı il təvəllüdlü Hüseynova Məsumə Əbdülrəhman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.