Pakistanda Qarabağda investisiya imkanlarına dair təqdimatlar keçirilib
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Mian Nasser Hyatt Maqqo, Karaçi Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd İdris, eləcə də Palataların idarə heyətlərinin üzvləri ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Azərbaycan və Pakistan səmimi münasibətlərindən söhbət açan səfir Xəzər Fərhadov iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. İqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayan Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinə toxunan X.Fərhadov bu Komissiyanın yekununa uyğun olaraq yaradılacaq işçi qrupları barədə ətraflı məlumatları qonaqların diqqətinə çatdırıb. İqtisadi-ticari əlaqələrin gücləndirilməsi istiqamətində son zamanlar aparılmış işlər barədə danışan səfir işadamlarının qarşılıqlı səfərlərinin vacib olduğunu ifadə edib. Xəzər Fərhadov Azərbaycanda fəaliyyət göstərən sənaye parkları, xüsusilə Ələt Azad İqtisadi Zonası, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə investisiya imkanları barədə təqdimatlar da keçirib.
Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının və Karaçi Ticarət və Sənaye Palatasının prezidentləri səfir Xəzər Fərhadova ziyarətinə görə təşəkkürlərini bildirib və iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluqları ifadə ediblər. Səfir tərəfindən detallı təqdimatı və geniş məlumatları yüksək qiymətləndirən prezidentlər Ticarət və Sənaye Palataları olaraq Azərbaycan və Pakistan arasında iqtisadi-ticari əlaqələrin artırılmasına hər zaman töhfə verməyə hazır olduqlarını bildiriblər.
Görüş zamanı hər iki ölkənin idxal və ixrac potensialı olan məhsulları barədə geniş müzakirələr aparılıb.
Həmçinin, Azərbaycanla bağlı işadamlarını maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb