Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən , əhalinin banklardakı əmanətləri 2021-ci ilin noyabr ayı ərzində 164,3 milyon manat artaraq dekabrın 1-i vəziyyətinə milli valyuta ekvivalentində 9 milyard 51,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, əmanətlərin 58,1 faizi milli, 41,9 faizi isə xarici valyutada qoyulub.