Azərbaycan-İran əlaqələri müzakirə edilib
Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri haqqında müzakirələr aparılıb.
Baş nazirin müavini Şahin Mustafayev iranlı qonağa Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi və hazırda burada aparılan quruculuq işləri haqqında ətraflı məlumat verib, azad olunmuş ərazilərin tezliklə və tam bərpa ediləcəyinə əminliyini ifadə edib.
İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində sıx əməkdaşlığın olduğunu söyləyən Ş.Mustafayev vurğulayıb ki, bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var.
Azərbaycan-İran dostluq əlaqələrindən söz açan iranlı nazir Rüstəm Qasimi ölkəsinin müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib: "Çox şadam ki, dost Azərbaycandayam. Dünən azad olunmuş ərazilərə baş çəkdik. İran tərəfi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərində dəstək göstərməyə hazırdır. İki ölkə arasında əlaqələr çoxşaxəli və dərindir. Regionun tranzit imkanlarından istifadə hər iki tərəfə böyük imkanlar aça bilər. İnanıram ki, yaxın gələcəkdə əməkdaşlığımızdan xalqlarımız da məmnun qalacaqlar”.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb