Yanvarın 27-si gündüzdən 28-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yanvarın 27-28-də havanın arabir yağıntılı olacağı, yanvarın 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu 2-6° isti olacaq.
Yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimal edilir. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, yanvarın 27-də gündüz ayrı-ayrı yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcək. Havanın minimal temperaturu mərkəzi aran rayonlarında 0-5°, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta olacaq.