Kolbasa adı ilə görün nəyi yeyirik?
Hazırda ölkəmizdə kolbasa məhsulları, xüsusilə də xaricdən idxal olunan ət məhsulları ilə bağlı ciddi problemlər var. Əsas problem xaricdən keyfiyyətsiz ət məhsulları bəzəkli etiketlərlə, süni dadvericilərlə, süni stabilizatorlarla və s. zənginləşdirilərək Azərbaycana gətirilir. Mağazalarda təxminən 70% xarici kolbasa və ət məhsullarıdır. Bu, bizi narahat edir.
YeniAvropa xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, xaricdən, xüsusilə də Rusiyadan gətirilən kolbasa məhsullarının keyfiyyəti heç də bizim gördüyümüz cəzbediciliyi qədər deyil: “Onların tərkibinə əksər hallarda soya unu, digər qarışıqlar, heyvanın başı, yeyilməyən hissələri, donuzun dərisi və s. qatılır. Azərbaycanda kəsim məntəqələrində heyvan sümükləri atılır. Lakin Rusiyada və digər ölkələrdə sümüklər una çevrilərək kolbasaların tərkibinə qarışdırılır. Bir sözlə, Azərbaycan bazarına daxil olan xarici kolbasa məmulatları narahatlıq doğurur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) qidanın təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi isə ortada qalır. Heç bir dövlət orqanı demək olar ki, keyfiyyətlə məşğul olmur. Buna görə təklif edirik ki, AQTA ölkəyə idxal olunan məhsullarına keyfiyyətinə də nəzarət etsin”.
E.Hüseynov qeyd edib ki, mağazalar müəyyən pul qarşılığında vitrinlərində xarici kolbasa məhsullarına daha çox yer verirlər: “Bu, arzuolunmazdır. Xarici kolbasa məhsullarının yararlılıq tarixinə baxsaq, görərik ki, 1,2 və 3 ay olanlar var. Yerli məhsullar bütün hallarda onlardan üstündür. Bu gün yerli məhsullara da tam yaxşıdır, demək doğru olmaz. Amma, xarici kolbasa məhsulları ilə müqayisədə daha yaxşıdırlar. Kolbasa məhsullarının tərkibinə bütün hallarda kimyəvi maddələr qatılır. Yerli şirkətlər məsafə qət etmədikləri üçün bu maddələri daha az miqdarda əlavə edirlər. Yerli məhsullarda da fərqlər var. Məsələn, üzərində etiketi olmayan, qırmızı parıldayan kolbasalar var ki, insanları cəlb edir. Bu kolbasa növləri keyfiyyətsiz olmaqla yanaşı, təhlükəlidir.
İnsanlar düşünürlər ki, kolbasanın bir kiloqramı ətin qiymətinin yarısına bərabərdir. Lakin tam əminliklə deyə bilərəm ki, bir kilosu 4 manata yerli, təmiz, murdar olmayan təzə ət var. Bu, qocalmış heyvanların ətidir. Daxili İşləri Nazirliyi (DİN) murdar ətlərin, xüsusilə də at və digər heyvanların kəsilərək Bakıya daşınmasını aşkar edir. Şəffaf fəaliyyət göstərməyən kolbasa sexlərində məhz bu cür heyvanların ətindən istifadə olunması istisna olunmur. Bu cür problemlər xarici ölkələrdə də var”.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib