İstanbulda yağan güclü qar səbəbindən “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi ləğv olunub.
YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.
Qeyd edilib ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.
Xatırladaq ki, qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.