"Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1846 cinayət hadisəsi araşdırılıb".
YeniAvropa xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev yanvarın 24-də Baş Prokurorluğunda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.
O deyib ki, onlardan 530-u korrupsiya cinayətləri ilə bağlı olub.
Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 110 şəxs barəsində 85 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.