logo

"Azərsu"nun evlərdən pul yöğan  saxta "əməkdaşı" peyda olub

17:10 24-01-2022 | icon 1715
"Azərsu"nun evlərdən pul yöğan  saxta "əməkdaşı" peyda olub

Bakı şəhəri Səbail rayonu ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

ASC-dən YeniAvropa-ya bildirilib ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən, “Azərsu”ya məxsus geyimdə olan həmin şəxs M.Hüseyn küçəsindəki geyim mağazasında su sayğacının düzgün quraşdırılmadığını obyekt sahibinə deyərək onun yuyulub təmizlənməsi və düzgün quraşdırılmasına görə 80 manat tələb edib və həmin məbləği alıb. Həmin şəxslə təkrar əlaqə yaratmaq istədikdə isə onun təqdim etdiyi telefon nömrəsinin işləmədiyi məlum olub. Bundan sonra obyekt sahibi məsələ ilə bağlı “Azərsu” ASC-nin Səbail rayon sukanal idarəsinə müraciət edib. Aşkarlanmış hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunacaq.

“Azərsu” bir daha abonentlərin diqqətinə çatdırır ki, ASC əməkdaşlarından vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal “955” Zəng Mərkəzinə və yerli sukanal idarələrinə məlumat versinlər. Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə, qeyri-əhali abonentləri texniki şərtə və sayğacların quraşdırılmasına görə ödəmələri “azersu.az” saytı, “e-su.az” portalı, bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.