Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən bu ilin mart və aprel aylarında keçiriləcək imtahanların tarixləri açıqlanıb.
DİM-dən YeniAvropa-ya bildirilib ki, martın 5-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar üzrə, həmçinin gürcü bölməsi üçün imtahan keçiriləcək.
Martın 6-da isə Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil ediləcək.
Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad və Xaçmazda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 12-də keçiriləcək.
Martın 13-də isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri üzrə təşkil ediləcək.