logo

Ötən il Azərbaycanda 31 min 131 cinayət törədilib

10:50 24-01-2022 | icon 1547
Ötən il Azərbaycanda 31 min 131 cinayət törədilib

Prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı və effektiv əməkdaşlığı nəticəsində ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev yanvarın 24-də Baş Prokurorluqda keçirilən və 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrə həsr edilən  geniş kollegiya iclasında məlumat verib.

Bildirilib ki, bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.