logo

AQTA: İstehlaka yararsız 4 tondan artıq qida məhsulları məhv edilib

12:44 21-01-2022 | icon 2562
AQTA: İstehlaka yararsız 4 tondan artıq qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, “Foodini” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 4227,71 kiloqram müxtəlif növ ərzaq məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.