SOCAR-ın Neft Emalı Zavodu “Axens” şirkəti ilə müqavilələr imzaladı
Yanvarın 17-də SOCAR-ın baş ofisində, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) və “Axens” şirkəti arasında NEZ-in yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələrinin imzalanma mərasimi keçirilib. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac və digər rəhbər şəxslər iştirak ediblər.
SOCAR-dan YeniAvropa-ya bildirilib ki, tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası uğurla davam edir. Layihə çərçivəsində zavodda bir sıra yeni qurğular layihələndirilir və inşa olunur. Bununla əlaqədar həmin qurğular üzrə lisenziyaların alınması və layihələndirmə xidmətlərinin həyata keçirilməsi məqsədilə əsaslı işlərə başlanılıb. Katalitik krekinq qurğusu üzrə aparılmış araşdırma və müfəssəl qiymətləndirmələrə əsasən, lisenziar olaraq “Axens” şirkəti seçilib. Bu gün imzalanan müqavilələrə əsasən, qısa müddət ərzində qurğu üzrə Texnoloji Layihələndirmə Paketinin hazırlanmasına başlanılacaq. Bununla əlaqədar “Axens” şirkətinin rəhbərliyini təbrik edir və işlərin icrasında tərəfdaşlarımıza müvəffəqiyyətlər arzulayıram”.
“Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac SOCAR ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. “Bu çərçivədə yeni qurğunun inşası üçün lisenziar olaraq seçilməyimiz şirkətimizə göstərilən böyük etimaddır və bu etimada görə SOCAR rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Layihələndirmə işlərinin qısa müddət ərzində yüksək keyfiyyətlə tamamlanması üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, yeni Katalilik Krekinq qurğusu inşa edildikdən sonra NEZ-in fəaliyyəti daha dayanıqlı və səmərəli olacaq”, - deyə şirkətin icraçı direktoru vurğulayıb.
Sonra tərəflərin iştirakı ilə imzalanma mərasimi keçirilib. Sənədi SOCAR-ın Heydər Əliyev adına NEZ-in direktoru Bəxtiyar Məmmədov və “Axens” şirkətinin texnoloji lisenziyaların qlobal satışı üzrə kommersiya direktoru Fabien Lundy imzalayıblar.
Qeyd edək ki, SOCAR və “Axens” şirkətlərini uzunmüddətli əməkdaşlıq əlaqələri bağlayır. Hazırda Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi çərçivəsində Dizel Hidrotəmizlənmə, Benzin Hidrotəmizlənmə və C4 (butan-butilen) fraksiyasının hidrogenləşmə qurğuları, habelə “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri çərçivəsində C3 (propan-propilen) fraksiyasının hidrogenləşmə qurğusu və Türkiyədə inşa edilmiş “STAR” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilib.
Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası üzrə layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə, o cümlədən lisenziyalı texnoloji qurğuların istismarına töhfə vermək məqsədilə SOCAR və “Axens” arasındakı əməkdaşlıq çərçivəsində mühəndislər “Axens” şirkətində təşkil olunan təlimlərdə iştirak edirlər. Bu təlimlər enerji səmərəliliyi və dayanıqlığının təmin edilməsi sahəsində mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bir müddət öncə “SOCAR Türkiyə”nin AR-GE Tədqiqat Mərkəzi ilə “Axens” arasında tədqiqat sahəsində əməkdaşlıq imkanlarının və ortaq maraq dairələrinin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb