logo

SOCAR hava şəraiti ilə əlaqədar 82 neftçini təxliyə edib

09:30 14-01-2022 | icon 616
SOCAR hava şəraiti ilə əlaqədar 82 neftçini təxliyə edib

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

“Dənizdə çalışan 82 əməkdaşımız təxliyə olunub. Hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”, - deyə o, qeyd edib.