logo

Banklar dolların alış qiymətini qaldırdı

12:44 12-01-2022 | icon 2772
Banklar dolların alış qiymətini qaldırdı
Azərbaycanda banklar dolların alış qiymətini qaldırıb.
 
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev özünün "Facebook" hesabında məlumat paylaşıb.
 
O qeyd edib ki,  bu gün valyutadəyişmə məntəqələrində  dolların alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eyni olub.
 
Lakin, iqtisadçının sözlərinə görə, bankların bu addımı FED ilə əlaqə deyil:
 
"İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Maraqlısı budur ki, satış bahalaşmayıb”.
 
Qeyd edək ki, ötən günədək  100 ABŞ dollarının alış qiyməti 169 manat 70 qəpik idi.