“Ortaya çıxan anlaşılmazlığı aradan qaldırmaq üçün, loru dildə desək, gedib diz çökməli və hərbçilərdən üzr istəməlidirlər. Daha sonra isə hakimiyyətlə, Tokayevlə masa arxasına oturmaq lazımdır”.
YeniAvropa “Pul Pervogo” teleqram kanalına istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko söyləyib.
“Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Mən onlara sadəcə deyərdim: hay-küy saldınız, qışqırdınız, bəsinizdir, danışıq aparmaq lazımdır”, - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, bu hadisələr Belarus üçün də dərs olub.
“Biz başa düşdük ki, bu bizim də başımıza gələ bilərdi. Məsələ onda deyil ki, biz dinc belaruslularıq. Belarusdakı məsələləri onsuz da belaruslular həll etməyəcəkdi”, - deyə A.Lukaşenko vurğulayıb.