Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib, hazırda kontingentin Rusiya hissəsinin ön bölmələri qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsinə başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin katibliyindən bildirilib.
“KTMT kollektiv təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına əsasən, Qazaxıstan Respublikasına vaxtla məhdudlaşdırılmış müddətə vəziyyətin sabitləşməsi və normallaşması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri göndərilib” ,- katibliyin məlumatında qeyd edilib.
Məlumata əsasən, sülhməramlılar kontingentin Rusiya hissəsinin ön bölmələri artıq qarşıya qoyulmuş vəzifələrin icrasına başlayıb.