Ötən ildən təxirə salınmış futbol üzrə Türkiyə Super Kuboku uğrunda oyun Bakıda keçirilə bilər.
YeniAvropa Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Fənərbağça” və “Beşiktaş” klubları arasındakı matça avqustda Bakı Olimpiya Stadionunun ev sahibliyi etməsi barədə müzakirələr aparılıb.
2021-ci ildəki qarşılaşma "Fənərbağça" rəsmilərinin adlarının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınıb. Klub həmin il oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Super Kuboku uğrunda matçın təşkilini tələb edib. “Fənərbağça” bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət göndərib.
Ötən il “Fənərbağça” Türkiyə Super Liqasının, “Beşiktaş” isə ölkə kubokunun qalibi adını qazanıb.