logo

Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir

11:55 06-01-2022 | icon 1883
Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir

Qazaxıstanın əski paytaxtı Almatı şəhərində "Respublika" meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir.

YeniAvropa xəbər verir ki, bubarədə Rusiyanın "TASS" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS göndərib.

Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, kütləvi iğtişaşlar nəticəsində 1000-dən çox insan xəsarət alıb, 400-ə yaxın şəxs hospitala yerləşdirilib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaş tördənlərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün xüsusi istintaq qrupunun yaradılması barədə tapşırıq verib.